Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion MərkəziYer təkindən istifadə ilə bağlı 28 noyabr 2023-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı
Şərur rayonu “Arpaçay” çınqıl-qum qarışığı yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti |
Beh məbləği (10%) |
1. |
Arpaçay |
LOT-1 |
252000m3 |
6.3ha |
Çınqıl-qum |
20 ilədək |
X4378266.686 Y502667.809 X4378616.038 Y502889.193 X4378514.556 Y503004.230 X4378216.076 Y502795.519 |
25200 |
2520 |
Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi19, (Naxçıvan Biznes Mərkəzi MMC)
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər.
Ünvan: (Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 42)
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 21 noyabr 2023-cü il saat 16:00 qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Nazirliyin ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanından ala bilərlər. Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85 (050) 569 84 69
Hesab: AZ21NABZ12360100000000005944 |
VÖEN 0200003621 |
Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu |
Büdcə təsnifat kodu: 142582 |
Büdcə səviyyəsinin kodu: 7 |
Xidmət haqqı heç bir halda geri qaytarılmır.
Nazirlik tərəfindən (hərrac komissiyası tərəfindən lazımi sənədlər yoxlandıqdan sonra) hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.