Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən
31 oktyabr 2023-cü il tarixdə açıq hərraca çıxarılacaq nəqliyyat vasitəsi haqqında
MƏLUMAT
S/s |
Hərraca çıxarılacaq nəqliyyat vasitəsi |
Buraxılış ili |
Sayı (ədədlə) |
1 ədəd nəqliyyat vasitəsinin ikinci hərrac satış qiyməti (manatla) |
İlkin satış qiymətinin 10 faizi həcmində hesablanmış behin məbləği (manatla) |
VAZ 21213 |
2002 |
1 |
4000.0 |
400.0 |
Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzin xəzinə hesabına 27 oktyabr 2023-cü il tarixədək ödənilməlidir.
Sifarişlər Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzində (8-ci küçə, 1/5 A) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan nəqliyyat vasitəsinin sənədləri ilə Mərkəzdə tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
- Müvafiq formada sifariş;
- Ödəniləcək behin qəbzi;
- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş sürəti;
- Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin sürəti.
Hərrac 31 oktyabr 2023-cü il tarixdə saat 11:00-da Mərkəzdə keçiriləcəkdir.
Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545 01 38.