Ərzaq məhsullarının istehsalı, soyuducu anbar, balın emalı, ətlik-südlük istiqamətində heyvandarlıq təsərrüfatının, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən may ayında heyvandarlıq, arıçılıq, quşçuluq təsərrüfatlarının və soyuducu anbar olmaqla, 7 yeni layihənin maliyyələşdirilməsinə 104 min 200 manat, eləcə də 11 ailə təsərrüfatına 129 min 800 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 8 hаldа mənşə sеrtifikаtı verilmişdir. Ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 176 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 174 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir.
Bakı şəhərində “Məhsul ixrac edən şirkətlərdə keyfiyyətin idarə edilməsi” mövzusunda keçirilmiş seminarda “F.H.Oğulları” MMC-nin, “Sumqala Tikinti Təchizat” MMC-nin və “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndələrinin, həmçinin 4 beynəlxalq tədbirdə 10 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti