Naxçıvanlı sahibkarlar beynəlxalq sərgidə iştirak edirlər

 

  06-09 avqust 2019-cu il tarixlərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən  “II Beynəlxalq kağız, karton, sellüloz məhsulları və aidiyyəti sənaye sərgisi”ndə “Karton Tara” MMC-nin  və  “Savalan-s” kiçik müəssisəsinin nümayəndələrinin iştirakı təmin edilmişdir. Sərgi öz işini avqustun 9-da yekunlaşdıracaqdır.

  

 Naxçıvan Muxtar Respublikası 

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti