Babək rayonunun Kültəpə kəndində Məhəmmədəli Məmmədova məxsus süd emalı müəssisəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Azər Hümbətov ailə təsərrüfatı ilində sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onlara yaradılan şəraitdən, göstərilən dövlət dəstəyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev, nazirliyinin aparıcı mütəxəssisi Lalə Məmmədli və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov müxtəlif mövzularda məlumatlar veriblər. Sonra ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb.