Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

 

     Sentyabrın 12-də Rusiyanın Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və sair sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.

       Forumda “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqının nümayəndəsi Emin Rəsulov, “Gəmiqaya şirkəti” MMC-nin nümayəndəsi Qabil Məmmədov, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin direktoru Həsən Məmmədov və “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru İlqar Sadiqov rusiyalı sahibkarlarla ikili görüşlərdə iştirak etmiş, əlaqələrin genişləndirilməsini .və əlaqələrin inkişafı üçün gələcək perspektivləri müzakirə ediblər.

 

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti