Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikansının iqtisadiyyat naziri Tapdıq Əliyevlə Naxçıvan Biznes Mərkəzində görüşən nümayəndə heyəti, muxtar respublikada istehsal olunan məhsullarla tanış olmuş, daha sonra qarşılıqlı görüşlər zamanı iqtisadi sahədə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti