Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkaları sentyabrın 15-i başa çatacaq.
Avqustun 30-da fəaliyyətə başlayan məktəbli yarmarkalarında üçü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir. Yarmarkalarda məktəbli və idman formaları, məktəbli çantası,ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunmuşdur. Yarmarkada satılan dərs ləvazimatları və başqa tədris əşyaları alıcılara digər satış yerlərindən 10-15 faiz aşağı qiymətə təklif olunmuşdur. Satılan bütün məhsulların qiymətinə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq nəzarət edilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti