Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib

 

   Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.

   Forumda Naxçıvandan olan sahibkarlıq nümayəndələrinin iştirakı da təmin edilmişdir. Qeyd edək ki, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının nümayəndəsi Baki Uçar, Babək “Sirab” ASC-nin nümayəndəsi Alper Yaycılı,  “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının nümayəndəsi Turan Sadiqov, “Dekor Qrup” MMC-nin nümayədəsi Asəf Qasımov forumda iştirak ediblər.

   Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər olmuş, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərinə dair müzakirələr aparmışlar.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti