Babək "Sirab" ASC-nin nümayəndəsi sentyabrın 24-27-də Rusiyanın paytaxtında keçirilən Moskva Beynəlxalq Qida Sərgisində (“World Food Moscow”) iştirak edir. Sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur. Ümumilikdə isə “Worldfood Moscow 2019” sərgisində 65 ölkədən müxtəlif şirkətlərin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir “Worldfood Moscow” sərgisində tərəfdaş ölkə kimi çıxış edir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti