“Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında kadr hazırlığı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq 26 sentyabr 2019-cu il tarixdə Naxçıvan Universitetində tələbələrlə görüş keçirilmişdir. Nazirliyin əməkdaşları tərəfindən İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri, "Startapa necə başlamalı, iqtisadi əsasları, statrap layihələrinin qəbulu və təqdimatı istiqamətində həyata keçiriləcək tədbirlər" haqqında məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmış və fəal iştirak edən tələbələrə hədiyyələr təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti