Sentyabrın 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan- Koreya biznes forumu keçirilib.
Biznes Forumda rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən qida sənayesi, kimya, tekstil, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmiş, o cümlədən, muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqının, “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin, “Dekor Qrup” MMC-nin Bakı nümayəndələri iştirak ediblər.
Tədbir müddətində yerli sahibkarlıq subyektlərinin nümayəndələri xarici tərəfdaşlar ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər. “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqı Koreya Respublikasının bir neçə şirkəti ilə xammal materiallarının alqı-satqısı ilə bağlı bir daha görüş keçirilməsinə dair ilkin razılıq əldə etmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti