Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə daim nəzarət edilir

 

   
   Cari ilin oktyabr ayı ərzində 
 “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 38 mal çeşidini əhatə edən 70 halda səyyari, 211 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 137 yerli istehsal və 74 idxal məhsullarını əhatə etmişdir.

   Aparılan ekspertizalar və laboratoriya müayinələri 83 halda hüquqi və 128 halda fiziki şəxslər tərəfindən daxil olmuş 211 halda mal nümunələrini əhatə etmişdir. Aparılmış ekspertizalar zamanı malların keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, bir halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir. Aparılmış laboratoriya təhlilləri sınaq protokolları əsasında aidiyyatı üzrə təqdim edilmişdir. 

   Oktyabr  ayı ərzində mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ticarət mərkəzlərində kənd təsərrüfatı, ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində qanunvericiliyə uyğun ticarət qaydalarına əməl olunması istiqamətində 139 obyektdə nəzarət tədbirləri həyata keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti