Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin icrası istiqamətində Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat" ixtisası üzrə təhsil alan II və IV kurs tələbələri Nazirliyin əməkdaşı ilə birlikdə "Gəmiqaya Mebel Fabriki" MMC-də olmuş, Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. İstehsal prosesinin əyani şahidi olan tələbələrin maraq doğuran sualları cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti