Noyabrın 21-də Şahbuz rayonunun Türkeş kəndində yeni xidmət mərkəzi istifadəyə verilib

 

    Noyabrın 21-də Şahbuz rayonunun Türkeş kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş  məhsullar da satışa çıxarılmışdır. Yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi məşğulluğun artırılması ilə yanaşı əhalinin sosial rifah halının yüksəlməsinə də təkan verir.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq  sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti