İxtisaslı kadr hazırlığı diqqət mərkəzindədir

 

  “Naxçıvan” Universitetinin iqtisadiyyat ixtisası üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsində olublar.

   Elmi-Tədqiqat Tədris Mərkəzində olan tələbələrə sahibkarlığın dəstəklənməsi məqsədilə verilən investisiya və ixrac təşviqi sənədlərinin mahiyyəti, sahibkarlıq subyektlərinə verdiyi güzəştlər haqqında geniş məlumat verilib. Ölkəmizdə, eyni zamanda xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə sahibkarlıq subyektlərinin iştirakının təşkili, yerli məhsulların beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, muxtar respublikanın ixrac potensialı tələbələrin diqqətinə çatdırılıb. 

Tələbələr “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində də olublar. Ekspertiza və sınaq laboratoriyalarının iş prinsipi onların diqqətinə çatdırılıb. 

Əbülfəz Dünyamalıyev