Noyabrın 21-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Quo Min Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində olmuşdur. Səfirə məlumat verilib ki,mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Daha sonra səfir, "Naxçıvan Avtomobil Zavodu" MMC-nin fəaliyyəti ilə tanış olmuş və muxtar respublikanın iqtisadi inkişafının onu sevindirdiyini qeyd etmişdir. Səfir Naxçıvan Televiziyasına müsahibəsində muxtar respublika iqtisadiyyatı haqqında təəssüratlarını bölüşmüşdür.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti