Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 22-23 noyabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ənənəvi “X Rusiya-Azərbaycan Regionlararası Forumu” keçirilmişdir.
Forumda hər iki ölkənin dövlət təşkilatlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər. Noyabrın 23-də forum işini Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi-Kompleksindəki “Kosmos” pavilyonunda davam etdirmiş. Həmin gün, həmçinin "Azərbaycan" pavilyonunun açılışı olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, sahibkarlıq subyektlərindən isə “Dizayn Holding” Kommersiya Şirkətlər İttifaqının, “Cahan Holding” Kommersiya Şirkətlər İttifaqının, “Danyeri dondurmaları” müəssisəsinin, “Dekor Qrup” MMC-nin nümayəndələrinin iştirak təmin edilmişdir.
Muxtar respublikadan olan nümayəndə heyəti forum çərçivəsində keçirilmiş müxtəlif tədbirlərdə iştirak etmiş, yerli və xarici tərəfdaşlarla müzakirələr aparmışlar.
Forumun yekununda Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığa dair yeddi sənəd imzalanmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti