“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq noyabrın 28-də Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və "Nəqşicahan Holdinq" Şirkətlər Qrupunun əməkdaşları tərəfindən "İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri", “Ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər", “İnzibati xətalar məcəlləsində İqtisadiyyat Nazirliyinə aid maddələrin şərhi” və ""Nəqşicahan Holdinq" Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, biznesin təşkili" mövzularında çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda fəal iştirak edən tələbələrə nazirlik əməkdaşları tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti