“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədi ilə Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir. İxrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Qeyd edək ki, ixrac missiyasında "Gəmiqaya Mineral Sular" MMC-nin də nümayəndələri iştirak edir.
Azərbaycanlı iş adamları BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının market və bazarlarda satış imkanları və distributorluq məsələləri müzakirə olunub.
Səfər çərçivəsində ixrac missiyasının iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrinin fəaliyyəti ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti