Dekabrın 9-da Şərur rayonunun Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsullar üçün ayrıca bölmə yaradılıb. Yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi məğulluğun artırılması ilə yanaşı əhalinin sosial rifah halının yüksəlməsinə də təkan verir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti