Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb

 

 Dekabrın 10-da Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində  Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb.Səfirə məlumat verilib ki,mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.  Vurğulanıb ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Daha sonra qarşılıqlı görüşlər zamanı iqtisadi sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

   Görüşdən sonra, “Cahan Sənaye Kompleksi” MMC və "Gəmiqaya Daş Məhsulları" MMC-də olan səfir müəssisələrlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti