2020-ci il üçün dövlət büdcəsi təsdiqlənib

 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanunu imzalayıb.

   Qanun ilə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat məbləğində təsdiq edilib.

 Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 760 milyon 200 min manat məbləğində təsdiq ediib. 

   Həmçinin, Azərbaycan Respublikasının 2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 400 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) də 1 milyard manat məbləğində təsdiq edilib.