Bakıda “Azərbaycan-Ukrayna Biznes Forumu” keçirilib

  

  17 dekabr 2019-cu il tarixdə Bakı şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna Biznes Forumu” keçirilib. 

  Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Ukrayna və Azərbaycan şirkətlərinin iştirakı ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də iştirakı təmin edilmişdir. Belə ki, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Badamlı Mineral Sular” MMC-nin, Babək “Sirab” ASC-nin və “Dekor Qrup” MMC-nin nümayəndələri forumda keçirilmiş ikili görüşlər zamanı ukraynalı iş adamları ilə görüşmüş və əməkdaşlığın qurulmasına dair müzakirələr aparmışlar.

 Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti