Hamiliyə verilmiş tələbələr "Gəmiqaya Bərəkət Qida Məhsulları" MMC-də olublar

   
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq dekabrın 20-də Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr "Gəmiqaya Bərəkət Qida Məhsulları" MMC-də istehsal prosesi ilə tanış olublar.

   Tanışlıq zamanı müəssisənin mütəxəssisləri tərəfindən zavodun fəaliyyət istiqamətləri, istehsal prosesi və hazır məhsulların bazara çıxarılması istiqamətində həyata keçirilən işlər haqqında məlumat verilib. 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti