Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib

 

  Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi də təsdiq olunub.

  Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat, xərcləri 482 milyon 90 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 368 milyon 890 min manat məbləğində təsdiq edilib.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti