Qeyd etdiyimiz kimi dekabrın 25-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram yarmarkası təşkil olunmuşdur.
Yarmarkaya muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Bugün də məhsul bolluğu və alıcı sıxlığı ilə müşahidə olunan yarmarkada 140 ailə təsərrüfatının və 42 sahibkarlıq subyektinin müxtəlif növ və çeşiddə məhsulları böyük rəğbətlə qarşılandı. Bayram günlərində əhalinin tələbatını ödəmək və daha ucuz qiymətə məhsulların satışını təşkil etmək məqsədilə keçirilən yarmarkada muxtar respublikanın bütün rayonlarından məhsullar alıcılara təklif edilir və bazar qiymətlərindən orta hesabla 15-20 faiz ucuz satılır.
Xüsusilə qeyd edək ki, Ailə Təsərrüfatları İctimai Birliyinin dəstəyi ilə yarmarkaya çıxarılan 1 kiloqramının qiyməti 11 manat olan ət məhsullarına tələbat daha çox idi.
Naxçıvan şəhərindəki mərkəzi bazarda təşkil edilmiş yarmarka dekabrın 30-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti