26 dekabr 2019-cu il tarixdə Türkiyə Respublikasının Ticarət naziri Ruhsar Pekcan və onu müşayiət edən nümayəndə heyətininin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilmişdir.
Görüşdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev iştirak etmişdir.Görüş zamanı digər məsələlərlə yanaşı Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlaması müzakirə olunmuşdur.
Həmin gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə işgüzar görüşü keçirilmişdir.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişlər. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının və “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının nümayəndələri iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti