“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq dekabrın 26-da Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən "İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri", “Naxçıvan Muxtar Respublikasının Sənayesi", “Məhsulların ixracı və investisiya fəaliyyəti” və "Mərkəzi Qida Sınaq Labaratoriyasının fəaliyyəti" mövzularında çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda fəal iştirak edən tələbələrə nazirlik əməkdaşları tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti