İstehsalat təcrübəsinin yekunlaşması ilə bağlı "Naxçıvan" Universitetində tədbir keçirilib

   
  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin  peşə biliklərinə yiyələnmələri məqsədilə İqtisadiyyat Nazirliyində təşkil  edilmiş 6 həftəlik  istehsalat təcrübəsi başa çatıb. Bu məqsədlə dekabrın 30-da "
Naxçıvan" Universitetində yekun tədbiri keçirilib. Tədbirdə muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən danışılıb, insan kapitalının formalaşması üçün istehsalat təcrübəsinin önəmi vurğulanıb. 

 Sonda istehsalat təcrübəsində müvəffəqiyyət qazanmış tələbələrə xasiyyətnamələr təqdim edilib

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti