Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında İqtisadiyyat Naziri Tapdıq Əliyev çıxış edib.
Nazir bildirib ki, 21 dekabr 2019-cu il tarixdə Beşinci çağırış Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin onbirinci sessiyası keçirilmiş, sessiyada 2019-cu ildə Nахçıvаn Muхtаr Rеspublikаsının sosial-iqtisadi inkişafı, əldə edilmiş nailiyyətlər müzakirə edilmişdir. Muxtar respublikada makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə, qazanılan naliyyətlərin əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərini təşkil edir. Bunun nəticəsidir ki, Ümumi Dахili Məhsul istеhsаlının həcmi bir il öncəki dövrlə müqayisədə 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi isə 6 min 202 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq göstəricisinə nisbətən 1,6 faiz çoxdur. Ümumi daxili məhsulun 58 faizdən çoxu istehsalın payına düşmüşdür. Son illərdə muxtar respublikada sənayeləşmə uğurla davam etdirilmiş, 2019-cu ildə sahibkarlıq subyektləri tərəfindən 65 layihə dövlət maliyyə dəstəyi və 10 layihə özəl investisiya olmaqla, 75 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 247 iş yeri açılmışdır. 7 layihə özəl investisiya 55 layihə dövlət maliyyə dəstəyi olmaqla, 62 layihənin icrası davam etdirilmişdir. Həyata keçirilən iqtisadi tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, buna yerli istehsalın xüsusi çəkisinin artması hesabına nail olunmuşdur.
Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaqdır. Tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək məqsədilə 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulmuşdur. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərmiş 2019-cu ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuşdur.
Bu gün kənd təsərrüfatının bütün istiqamətləri üzrə inkişafın muxtar respublikamız üçün mühüm əhəmiyyətə malik olduğu nəzərə alınaraq bu sahə innovativ meyarlara uyğun qurulur, ən müasir tələblərə cavab verən quşçuluq və heyvandarlıq kompleksləri yaradılır. Belə ki, 2019-cu il ərzində əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ilboyu ödənilməsini təmin etmək üçün dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi, 4 soyuducu anbarın yaradılması başa çatdırılmışdır. Bundan əlavə, 1 istixana təsərrüfatı yaradılmış, 3 istixana təsərrüfatının yaradılması isə davam etdirilir. Əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsini təmin etmək məqsədilə 2019-cu ildə 1753 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara ümumilikdə 5900 ton meyvə-tərəvəz məhsullarının və taxıl еmalı müəssisələrinə 4369 ton taxıl tədarükünün həyata keçirilməsi istehsalçıların fəaliyyətinin stimullaşdırılmasına və qiymətlərin tənzimlənməsinə şərait yaratmışdır.
Sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının istehsalçılar tərəfində birbaşa bazarlara təklif edildiyi nəzərə alınaraq 1062 halda səyyari laboratoriya təhlilləri aparılmış, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilmişdir.
Muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına təkan vermişdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılmasına, istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına stimul vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin arıçılığın və ailə təsərrüfatlarının inkişafı ilə bağlı imzaladığı müvafiq Sərəncamlarının icrası istiqamətində 2019-cu ildə 87 ailə təsərrüfatına 820 min manatdövlət maliyyə dəstəyinin göstərilməsi, 315 ailə təsərrüfatının 12 min 800-dən çox tara ilə təmin olunması təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaratmışdır. Həmçinin ötən ildə “Ailə təsərrüfatı məhsulları” festivallarının təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın digər rayonlarında da keçirilməsi daxili bazarın yerli, keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, istehsalçıların öz məhsullarını daha geniş alıcı kütləsinə təqdim etməsinə stimul olmuşdur.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2019-cu ildə 18 “Nəzаrət kitаbçаsı” verilmiş, aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 810 lisenziya, 149 ədəd icazə verilmiş, “Qаynаr хətt” vаsitəsilə 5741 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, müxtəlif tədbirlər haqqında məlumatlandırılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı Nazirliyin səlahiyyətləri daxilində həll еdilmişdir.
Son illər ərzində rayon və kəndlərdə kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Nəticədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmiş, 2019-cu ildə 507 milyon 641min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
Sahibkarlara güzəştli kreditlərin verilməsi, özəl bölmənin maliyyə resursları ilə təmin olunması bu sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində əsas mexanizmlərdəndir. Bu məqsədlə 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 117 layihənin maliyyələşdirilməsinə 10 milyon 715 min manatdan çox güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 9 milyon 147 min 130 manatı sənayenin, 1 milyon 555 min 600 manatı kənd təsərrüfatının inkişafına, 13 min manatı isə xidmət sahələrinin yaradılmasına yönəldilmişdir.
2019-cu ildə 366 adda 8429 manat dəyərində əl işi və sənət əsərlərinin sərgisinin təşkil edilməsi, 330 adda 5283 manatdan çox dəyərində əl işlərinin satışının həyata keçirilməsi, muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafına, sənətkarların fəaliyyətinin stimullaşdırılmasına və iş imkanlarının yaxşılaşdırılmasına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası istiqamətində müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilmiş, startapa necə başlamalı, startap layihələrinin qəbulu, biznes planların və investisiya layihələrinin hazırlanması və digər istiqamətlərdə 42 halda mühazirələr oxunmuş, istehsalat təcrübəsinin keçirilməsi təmin edilmişdir.
Muxtar respublikada istehlakçıların hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılmış, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 1312 halda istehsal müəssisəsi, ticarət və xidmət obyektində qiymət və keyfiyyətə nəzarət həyata keçirilmiş, 2196 halda ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmişdir.
Daxili bazarda qiymət artımının qarşısının alınması istiqamətində 7022 çeşiddə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri təhlil olunmuş, qabaqlayıcı tədbirlər nəticəsində süni qiymət artımına yol verilməmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanlarının balansa alınması istiqamətində tədbirlər həyata keçirilək, ümumilikdə 4 su dəyirmanı, 135 xidmət mərkəzinin Nazirliyin balansına alınması təmin edilmişdir.
2019-cu ildə muxtar respublikada dövlət əmlakı olaraq 56 tikili və torpaq sahəsinin texniki pasportu, həmçinin Nazirliyin balansına verilmiş xidmət mərkəzləri üzrə 54 sxematik plan hazırlanmışdır. Ümumilikdə muxtar respublika üzrə 2470 obyekt texniki pasportla təmin edilmişdir.
Son illər muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafı yerli istehsal məhsullarının ixracı imkanlarını yaxşılaşdırmış, xarici ticarət əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq subyektlərinin xarici tərəfdaşlarla əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması və xarici ölkələrdə tanıdılması məqsədilə cari ildə dövlət dəstəyi ilə ölkə daxilində və xaricdə kеçirilən 33 beynəlxalq tədbirdə 122 sahibkarın, həmçinin Yaponiya, Almaniya, İspaniyada keçirilən beynəlxalq təlim kurslarında nazirliyin 3 əməkdaşının iştirakı təmin olunmuşdur.
Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir. İxrac edilən məhsullara Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 92 hаldа mənşə sertifikatının verilməsi xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.
2019-cu ildə 58 milyon 34 min manat dəyərində 10 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 11 halda ixrac əməliyyatı üzrə 10 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına və 189 yeni iş yerinin açılmasına imkan yaratmışdır.
«Büdcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа müvаfiq оlаrаq 2020-ci il və sonrakı üç il üzrə “Dövlət İnvestisiya Prоqramı”nın və “Naxçıvan Muхtar Respublikasının sоsial-iqtisadi inkişaf kоnsepsiyası və prоqnоz göstəriciləri”nin layihələri müəyyən оlunmuş vахt ərzində hаzırlаnaraq аidiyyəti üzrə təqdim edilmişdir. Nazirliyin tabeliyindəki qurumlarla yanaşı təsisçisi olduğu qurumların fəaliyyəti davamlı olaraq nəzarətdə saxlanılmışdır.
Daha sonra, muxtar respublikada sənaye sektorunda həyata keçirilmiş tədbirlər və hazırlanmış layihələr haqqında, Sənaye şöbəsinin müdiri Elnur Mahmudovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 08 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı'nın icra vəziyyəti haqqında, İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsinin icraçısı Aqibət Əliyevin, ixrac potensialının inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixracı istiqamətində həyata keçirilən tədbirlər haqqında, İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Orxan Abdinovun, qəbul edilmiş normativ-hüquqi aktların icraya yönəldilməsi və Nazirliyin səlahiyyətlərinə aid edilən normativ-hüquqi aktların strukturlara aşılanması istiqamətində görülmüş işlər barəsində Hüquq sektorunun müdiri Aysel Qədirzadənin və "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti haqqında, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidovun məruzələri dinlənilmişdir.
Sonda Tapdıq Əliyev, hərtərəfli fəаliyyət üçün yаrаdılmış оlаn münbit şərаitə və gеniş imkаnlаra görə Ali Məclisinin Sədrinə öz minnətdarlığını bildirmiş, qаrşıyа qоyulmuş vəzifələrin yеrinə yеtirilməsi, muхtаr rеspublikаnın dаhа dа inkişаf еtdirilməsi yоlundа Kollegiya iştirakçılarına uğurlаr аrzulаmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti