Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları o cümlədən Naxçıvan məhsulları fevralın 16-20 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə, xurma və mineral su istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan şirkəti məhsullarını təqdim edir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Babək "Sirab" ASC və "Ləzzət Qida Sənaye" MMC öz məhsulları ilə ayrı stendlə təmsil olunur.
“Gulfood 2020” sərgisi çərçivəsində Naxçıvanlı sahibkarlar görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti