“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq fevralın 20-də Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən "İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri", “Naxçıvan Muxtar Respublikasında sənaye sahələrinin inkişafı və bu sahədə görülən işlər" və “Gənclərin sahibkarlıq fəaliyyətinə başlaması və müasir biznes biliklərinə yiylənməsi” mövzularında çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda fəal iştirak edən tələbələrə nazirlik əməkdaşları tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti