“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrası ilə bağlı, Culfa rayon Əbrəqunus kəndində Naxçıvan MR Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin, Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyi, və "Naxçıvan Muxtar Respublikası Arıçıları İctimai Birliyi" əməkdaşlarının iştirakı ilə "Arıçıların yaz qayğıları, yaz mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması, yerli arı genefondunun mühafizəsi" mövzusunda müşavirə keçirilib.
Müşavirədə dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxış edərək arıçılığa göstərilən dövlət dəstəyindən, onlara verilən kreditlər və pulsuz dərman vasitələrinin bu sahənin genişləndirlməsindən, bir sıra arı xəstəliklərinin qarşısının alınmasından və yeni iş yerlərinin yaradılması ilə məhsul bolluğunun yaradılmasından danışıblar.
Sonda istirakçıları maraqlandıran suallar cavablandırılıb və mütəxəssislər tərəfindən arıçılıq təsərrüfatlarında görülməsi zəruri olan işlər haqqında hazırlanmış yaddaş kitabçaları arıçılara paylanılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti