Culfa rayonunda “Ailə təsərrüfatlarının inkişaf istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

 Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə təsərrüfatlarının inkişaf istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov “ailə təsərrüfatlarının iqtisadi inkişafda rolu” mövzusunda çıxış edərək vurğulayıb ki, muxtar respublikada əhalini 70 % - nin kəndlərdə yaşaması və kənd təsərrüfatı ilə məşğul olması ailə təsərrüfatlarının yaradılmasına və gələcəkdə kiçik sahibkarlıq subyektinə çevrilməsinə zəmin yaradırSon zamanlar əhalinin kənd təsərrüfatı məhsullarına olan təlabatının yerli istehsal hesabına ödənilməsində ailə təsərrüfatları mühüm rol oynayır. Məruzə ətrafında digər çıxışlar dinlənilib. Sonda mövzu ətrafında verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti