“Arıxanalarda yaza hazırlığın həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilib

  Martın 11-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kəngərli rayon icra hakimiyyətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarının  iştirakı ilə Kəngərli rayon Çalxanqala kəndində “Arıxanalarda yaza hazırlığın həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir. Müşavirədə bildirilmişdir ki, muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə  mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 

   Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı İsa Novruzov da çıxış edərək sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, onlara  yaradılan şərait, arıçı sahibkarlara göstərilən dövlət  maliyyə dəstəyi haqqında geniş məlumat vermişdir.

   Sonra arıçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən   cavablandırılmışdır. 

 Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti