Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyəti diqqətdə saxlanılır

   Cari ilin ötən dövrü ərzində  “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 44 mal çeşidini əhatə edən 150 halda səyyari, 401 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 317 yerli istehsal və 84 idxal məhsullarını əhatə etmişdir.

    Aparılmış ekspertizalar zamanı malların keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, bir halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir. Aparılmış laboratoriya təhlilləri sınaq protokolları əsasında aidiyyatı üzrə təqdim edilmişdir.

   Mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ticarət mərkəzlərində kənd təsərrüfatı, ərzaq və qeyri-ərzaq məhsullarının satışı obyektlərində qanunvericiliyə uyğun ticarət qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirləri həyata keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti