Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.
26 mart 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. Bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. Hazırda 2020-ci il 26 mart tarixində fondun hesabında ümumilikdə 1 milyon 658 min 520 manat vəsait vardır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi və təsisçisi olduğu qurumlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 12 min 314 manat vəsait köçürüb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi 7 215 manat
"Araz-3" Məhdud Məsuliyyətli Cəmiyyəti 1045 manat
“Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 702 manat
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 2266 manat
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 389 manat
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun kollektivi 697 manat
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mərkəzi xəzinədarlığında hesab açılıb.
Açılmış xəzinə hesabının rekvizitləri aşağıdakı kimidir:
Hesabın adı : Koronavirusla Mübarizəyə Dəstək Fondu
Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi
VÖEN : 0200003621
Hesabın №-si : AZ21NABZ12360100000000005944
Bankın adı: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi
Bankın Kodu : 502906
Muxbir hesab : AZ88NABZ01451700000000012944
Bankın VÖEN-i : 0200087741
SWIFT BIK : NABZAZ2C
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti