Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmış, mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması istiqamətində işlər aparılmışdır.
Dərman peraparatlarının və ərzaq məhsullarının topdansatışını həyata keçirən sahibkarlarla qarşılıqlı işlər aparılmış, anbar qalıqları öyrənilmiş, əczaxana və ticarət obyeklərinə məhsulların verilməsində gecikmə hallarına yol verilməməsi, muxtar respublikaya idxal etdikləri və gətirdikləri məhsulların davamlılığı istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti