Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə görülən tədbirlər mütəmadi davam etdirilir.
Nazirliyin əməkdaşları tərəfindən gündəlik olaraq alış-veriş mərkəzlərində, market və digər ticarət obyektlərində davamlı olaraq maarifləndirmə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi diqqətdə saxlanılır.
Ümumilikdə 584 obyektdə maarifləndirici monitorinqlər aparılmış sahibkarlar məlumatlandırılmışdır. Bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti