Əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsi diqqətdə saxlanılır

 

Muxtar respublikada xаrici iqtisаdi əlаqələrin gеnişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul еdilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi, istеhsаl оlunаn məhsullаrın ixrac imkanlarının artmаsına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaratmışdır.

Son illər Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır.

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 2020-ci ilin yanvar-mart ayları ərzində 169 halda hüquqi və 261 halda fiziki şəxslər tərəfindən daxil olmuş 55 mal çeşidini əhatə edən 150 halda səyyari və 430 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən 349 yerli istehsal məhsullarını və 81 idxal məhsullarını əhatə edib. Nəticədə, 429 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 1 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə  2020-ci ilin 3 ayı ərzində 35 mənşə sertifikatının verilməsi təmin edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir.    

 Muxtar respublikada fəaliyyət göstərən və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri istehsal etdikləri məhsulların laboratoriya göstəricilərinin yoxlanılmasının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və ixrac olunan məhsulların keyfiyyətinin yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər.

 Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti