Şərur Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır

 Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması  Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır.Bu iri layihə Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəlaiyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədini daşıyır.