“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq may ayının 5-də Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə onlayn görüş keçirilmişdir. Görüşdə Nazirliyin əməkdaşları tərəfindən “Muxtar respublika sahibkarlarının beynəlxalq tədbirlərdə iştirakı, yerli istehsal məhsullarının beynəlxalq tədbirlərdə təbliğinin əhəmiyyəti”, startap layihələrinin qəbulu və qiymətləndirilməsi mövzuları üzrə çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Tələbələrə görüşlərin tədbirlər planına uyğun olaraq onlayn şəkildə davam edəcəyi bildirilmişdir
.