"Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq may ayının 6-da “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə onlayn görüş keçirilmişdir. Görüşdə İqtisadiyyat Nazirliyin əməkdaşları tərəfindən muxtar respublika sahibkarlarının beynəlxalq tədbirlərdə iştirakı,yerli istehsal məhsullarının təbliğinin əhəmiyyəti, ixracatçıların stimullaşdırılması məqsədilə verilən ixrac təşviqləri, istehsal potensialının artırılması məqsədilə investisiya təşviqi sənədinin hazırlanması, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nda İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilmiş tədbirlər,startap layihələrin qəbulu və qiymətləndirilməsi mövzuları üzrə çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.Tələbələrə görüşlərin tədbirlər planına uyğun olaraq onlayn şəkildə davam edəcəyi bildirilmişdir.