Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirmişdir ki, muхtаr rеspublikаda özəl bölmənin inkişafına dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Hər il yеni iş yеrləri аçılır, əhаlinin mаddi-rifаh hаlı yüksəlir. Sosial-iqtisadi və eləcə də digər sahələrdə müşayiət olunan dinamika muxtar respublikanın inkişafının davamlılığının daha bir təsdiqidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin rəhbərliyi ilə muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, eləcə də özəl bölmənin inkişafına dövlət qayğısı nəticəsində geniş sahibkarlar sinfi formalaşmış və bu təbəqə sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir.Sürətli inkişaf bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Təsadüfi deyil ki, iqtisadiyyatda əldə olunmuş uğurlarda ticarət sektorunun da inkişafı və genişlənməsi vacib rol oynayır. Bu gün açılışı olan“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan “Dekoria” alış-veriş mərkəzi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlı xarakter daşıdığının daha bir nümunəsidir.
Mərkəzin yaradılmasına 1 milyon 600 min manat vəsait sərf olunmuşdur. Ərazisi 1800 kvadrat metrdən 4.000 kvadrat metrə çatdırılan mərkəzdə muxtar respublika əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən bütün növ məişət əşyalarının,elektrik materiallarının və avadanlıqlarının, mebel məmulatlarının, avtomobil aksesuarlarının satışı bölmələri, anbar və diğər xidmət sahələri yaradılmışdır.
Mərkəzin 3000 kvadrat metri satış bölməsinin, 1000 kvadrat metri anbar və ofis bölmələrinin payına düşür.
Burada yerli məhsullarla yanaşı bir sıra xarici ölkələrin istehsalı olan 8500 çeşiddən çox məhsulun satışı həyata keçiriləcəkdir.
Alış-veriş mərkəzində alıcıların rahatlığını təmin etmək üçün nağd, Post-Terminal vasitəsilə satışın həyata keçirilməsi mümkündür. Mərkəzdə geniş avto dayanacaq yerləri yaradılmış, həyatyanı sahəsində abadlaşdırma işləri aparılıb, yaşıllıq sahəsi salınmış,istilik və soyutma, təhlükəsizlik kameraları, yanğından mühafizə sistemləri quraşdırılmışdır.
Mərkəzdə yenidənqurma aparıldıqdan sonra 22 yеni iş yеri açılmaqla ümumilikdə işçilərin sayı 50-yə çatdırılıb.İşçilər yеmək və хüsusi gеyim fоrmаsı ilə təmin оlunurlаr.
Bu cür ticarət mərkəzlərinin yaradılması, məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin bol çeşiddə, daha ucuz və keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradır. Bununla yanaşı, bu cür müasir ticarət mərkəzinin istifadəyə verilməsi şəhərin iqtisadi inkişafına xidmət edir.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirimuхtаr rеspublikаmızın sоsiаl-iqtisаdi tərəqqisinə, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа, istеhlаkçılаrın tələbаtının dаhа dоlğun ödənilməsinə, əhаlinin rifаhının yüksəldilməsinə göstərdiyi diqqət və qаyğıyа görə ticarət mərkəzinin kollektivi və öz adından Ali Məclisin Sədrinə dərin minnətdаrlığını bildirmişdir.