Mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, görülən işlərlə tanış olub.
Məlumat verilib ki, Heydər Əliyev prospekti yenidən qurulmuş, 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınmış, 78 su keçidi qoyulub. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılıb, kənarlarda səki salınıb, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunub.
Prospektdəki 7 ictimai yaşayış binasının fasadı, fərdi yaşayış evlərinin isə çardaq və hasarları da təmir edilib.