“İdeyadan başlanğıca” devizi altında onlayn seminar keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında onlayn seminar keçirilib. Seminarı giriş sözü ilə fakultənin dekanı Əşrəf Ələkbərov açaraq qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitet arasında imzalanmış Tədris Planına uyğun olaraq mütəmadi görüşlər keçirilir. Onlayn tədbirin isə əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaqvə  təkmilləşdirməkdən ibarətdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat Tdris Mərkəzinin elmi işçisi Mehparə Məmmədova “Startap layihələrinin hazırlanması və təqdimatında biznes planların əhəmiyyəti, tərtib olunma qaydaları və biznes plan nümunəsi” mövzusunda slayd materiallar vasitəsilə tələbələrə geniş məlumat vermişdir. Sonda geniş diskusiya şəklində tələbələri maraqlandıran suallar cavablandırılmış, tədris ilinin sonunadək tədris planına uyğun olaraq onlayn görüşlərin davam etdiriləcəyi bildirilmişdir.