İqtisadiyyat nazirliyinin əməkdaşı onlayn konfransda iştirak edib

 

  Mayın 20-də “Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan MR-də kiçik və orta sahibkarlığın inkişafı: vəzifələr və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı üçün bütün zəruri şərait yaradılıb.İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Daha sonra  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı  Seymur  Cəfərovun  “Naxçıvan Muxtar Respublikasında ailə kəndli təsərrüfatının inkişafının müasir vəziyyəti və inkişaf perspektivləri”, “Naxçıvan” Universitetinin  İqtisadiyyat  kafedrasının müdiri, dosent Dilsuz Qasımovun “ Aqrar islahatlar və ailə kəndli təsərrüfatlarının yaranmasının iqtisadi inkişafı və özünüməşğulluğun təmin olunmasındakı rolu” və universitetin “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbəsi  Coşqun Hüseynovun “ Ailə təsərrüfatlarının məhsul istehsalında dövlət dəstəyi əsas şərtdir” mövzusunda çıxışları dinlənilib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.