Sahibkarlığın hərtərəfli inkişafı diqqətdə saxlanılır

 

  İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir. Belə ki, cari ilin ötən 4 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət texniki və maliyyə dəstəyi ilə 48 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 51 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2020-ci ilin ötən dövrü ərzində bir “Nəzаrət kitаbçаsı” verilmiş, “Qаynаr хətt” vаsitəsilə 2131 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, müxtəlif tədbirlər haqqında məlumatlandırılmışdır.

Bu gün özəl sektora, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Bütün bunlarla yanaşı sаhibkаrlıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması üzrə işlər davam etdirilməkdədir.

Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 2000-ci ildən ötən dövr ərzində 1416 layihənin maliyyələşdirilməsinə 156 milyon 820 min manatdan çox vəsait ayrılmışdır. Təkcə 2020-ci ilin ötən dövrü ərzində Fond tərəfindən sahibkarlara 44 layihənin maliyyələşdirilməsinə ümumilikdə 3 milyon 791 min manatdan çox kredit vəsaiti verilmişdir. Bundan sənaye məhsulu yönümlü 3 layihənin maliyyələşdirilməsinə 3 milyon 236 min manat, kənd təsərrüfatı yönümlü 41 layihənin maliyyələşdirilməsinə 500 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş,yaradılan müxtəlif istehsal sahələri üzrə 123 yeni iş yeri açılmışdır.

İqtisadiyyatın mühüm istiqamətlərindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən günə artmasına şərait yaratmışdır. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 ailə təsərrüfatına 216 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsində əldə olunmuş naliyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şəraitin yarandığını, iqtisadiyyatın hər sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğının göstərildiyini əyani nümayiş etdirir. Bu səbəbdən də sahibkarlıq mühiti getdikcə daha sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.