Azərbaycanın və Rusiyanın ticarət nümayəndələrinin onlayn görüşü keçirilib

 

  Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun təşəbbüsü ilə Azərbaycanın və Rusiyanın müxtəlif ölkələrdə yerləşən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub. Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyin məlumatına görə Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi, Rusiyanın Almaniyadakı ticarət nümayəndəsi  və Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi öz çıxışlarında ictimai birliklərin və biznesin qarşılıqlı fəaliyyətindən söhbət açıblar. Rusiyanın Macarıstandakı ticarət nümayəndəsi Pavel İlyinak səmərəli əməkdaşlığın qurulmasında biznesə yardım mövzusuna toxunub, işgüzar əlaqələrin formalaşdırılması üçün zəruri vasitələr barədə danışıb. Müzakirələrdə Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi də iştirak edib.

Xarici iqtisadi fəaliyyətdə biznes maraqlarının təmsil olunmasında ticarət nümayəndəliklərinin rolunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev və Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev işıqlandırıblar. Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov biznesin maraqlarının qorunması üzrə hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət təcrübəsini bölüşüb.

Görüşün yekunlarına görə belə formatda görüşlərin davam etdirilməsi qərara alınıb.